AZ

Ermənistan Ukraynanın 10 ildə keçdiyi yolun ortasındadır - Panteleyev

“Ermənistanda milli şüurun yenidən qurulması istiqamətində işlərə başlanılıb, milli kimliyin əsaslarına yenidən baxılır, sivilizasiya vektorunun dəyişdirilməsindən danışılır, sonra isə Rusiyaya münasibətin dəyişməsindən bəhs olunur”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu bu gün İrəvanda keçirilən konfrans zamanı rusiyalı politoloq Sergey Panteleyev deyib.

“Bu, Ukraynanın 10 il ərzində (2004-cü ildən 2014-cü ilə qədər) keçdiyi yolun ortasıdır. Bunu dayandırmaq üçün hələ şansımız var”, - deyə Panteleyev bildirib.

“Ermənistanın qərarının suveren olacağı və erməni xalqının müstəqil qərar verəcəyi tezisinə gəlincə, deyə bilərəm ki, istifadə olunan texnologiyalar suveren qərar qəbul etməyə imkan vermir”, - deyə rusiyalı politoloq yekunlaşdırıb.

Musavat.com

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla