AZ

Cənubi Qafqazda sülh gündəliyinə mənfi təsir göstərən müəyyən siyasət yürüdənlər var - Hikmət Hacıyev

Cənubi Qafqazda sülh gündəliyinə mənfi təsir göstərən müəyyən siyasət yürüdənlər var.

Aznews.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Çinin “Phoenix” telekanalına müsahibəsində deyib.

O, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək üçün BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququndan istifadə etmək məcburiyyətində qaldığını xatırladıb.

"Biz ikili standartlarla üzləşirik. Biz xarici siyasətdə hərbi təcavüz və işğala haqq qazandırılması, eləcə də separatçılığın təşviq olunması ilə üzləşirik. Bu istənilən digər ölkə üçün olduğu kimi, Azərbaycan üçün də qəbuledilməzdir. Biz bu səhifəni çevirdik, sülh və təhlükəsizliyi təmin etdik. Yəqin ki, bu çox çətindir, lakin bəzən yerlərdə sülh və təhlükəsizliyi təmin etmək üçün zəruri olur. Hazırda Ermənistan və Azərbaycan sülhə həmişə olduğundan daha yaxındır. Son altı ay Ermənistan-Azərbaycan sərhədində iki ölkə tarixindəki ən dinc müddət olub. Biz ATƏT-in Minsk qrupunun sədrliyinin də şahidi olmuşuq. Son 30 il ərzində o danışıqlar aparırdı, lakin xüsusi nəticələr əldə etmədi. İşğal davam edirdi və biz sülhdən uzaq idik. İndi isə sülh yaxındadır. De-fakto sülh hökmranlıq sürür", - H.Hacıyev deyib.

Seçilən
43
7
Mənbələr
Şərh ()
Bağla