AZ

Avropa “Qarabağ”ı gözləyir: Səbət də bəllidir

Bakı. Trend:

Azərbaycan çempionluğu bu gün rəsmiləşəcəyi gözlənilən“Qarabağ”ın avrokubokların püşkatmasında yer alacağı səbətdəqiqləşib.

Trend İdman.biz-əistinadən xəbər verir ki, Qurban Qurbanovun yetirmələri ilk ikitəsnifat mərhələsinin püşkatması zamanı səpələnmişlər sırasındaolacaq.

Buna Ağdam klubunun UEFA əmsalının yüksək olması imkan verir.Təmsilçimizin göstəricisi 33,000-a bərabərdir.

Çempionlar yolunun I və II təsnifat mərhələlərində oynamaq şansıolan komandalardan yalnız altısı “Qarabağ”dan daha artıq əmsalamalikdir. Bu da təmsilçimizə hər iki raundda güclülər səbətində yeralmaq imkanı verir.

Qurbanovun komandasının III təsnifat mərhələsində səpələnən 6klub sırasında yer almaq üçün potensial “altılıq”dan heç olmasabiri ya çempion olmamalı, ya da ilk iki mərhələdə büdrəməlidir.Azərbaycan çempionunun pley-offdakı səbəti isə bütün liqalardaqaliblərin bəlli olması və əvvəlki mərhələlərin nəticələrindənasılıdır.

Yeri gəlmişkən, ilk iki təsnifat mərhələsinin püşkatmamərasimləri iyunun 18-19-da keçiriləcək.

Qeyd edək ki, “Qarabağ” Azərbaycan Premyer Liqasının XXVIIIturunun bu gün keçiriləcək “Kəpəz”lə oyununda uduzmasa, ən erkənçempion kimi tarixə düşməklə 11-ci dəfə qızıl medallarayiyələnəcək.

Seçilən
33
2
Mənbələr
Şərh ()
Bağla