AZ

“İlkerlər tutulması”

Türkiyəli məşhurlar İlker Kaleli, İlker Ayrık və İlker Aksum bir araya gəlib.

OLAY yazır ki, 3 adaş birgə fotoları sosial media hesablarında izləyiciləriylə bölüşüblər.

Aparıcı və aktyor İlker Ayrık sözügedən fotoya “Ötən gün sadəcə 40 ildə bir gerçəkləşən “İlkerlər tutulması” oldu. Fenerbahçe sağ olsun. Yeri gəlmişkən, biz soyadlarımızla tez-tez səhv salınırıq. Necə şanslıyam ki, super insanlar, möhtəşəm aktyorlarla səhv salınıram. Ümid edirəm, növbəti “İlkerlər tutulması” üçün 40 il gözləmərik” şərhini yazıb.

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla