AZ

Ukrayna və Hindistan ticarəti bərpa etmək barədə razılığa gəliblər

Ukrayna və Hindistanın xarici işlər nazirləri Dmitri Kuleba və Subrahmanyam Jaishankar iki ölkənin ticarət və əməkdaşlığı Ukrayna ərazisində hərbi əməliyyatların başlamasından əvvəlki səviyyəyə çatdırmaq istəyini açıqlayıblar.
Elchi.az xəbər verir ki, bu barədə “Reuters” diplomatların bəyanatlarına istinadən yazır.
Ukrayna Xarici İşlər Nazirliyi rəhbərinin Nyu-Dehliyə səfəri 2022-ci ilin fevralından bəri iki ölkə arasında bu səviyyədə ilk danışıqlar olub. Kiyev Rusiyadan idxalı azaltdığı bir vaxtda Moskvanın uzunmüddətli iqtisadi tərəfdaşı ilə ticarət dövriyyəsini artırmaq niyyətindədir.
Kuleba vurğulayıb ki, danışıqlar zamanı tərəflər “sülh formuluna” və onun həyata keçirilməsi istiqamətində atılacaq növbəti addımlara da xüsusi diqqət yetiriblər. Öz növbəsində Cayşankar ticarət həcminin bərpasını yaxın məqsəd adlandırıb.Nuranə Məmmədova 

phrase_var_article.chosen
24
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close