AZ

"İpoteka kreditinin əlçatanlığının daha yuxarı səviyyədə təmin olunmasına ehtiyac var" - Eldəniz Əmirov

Deputat Siyavuş Novruzov Milli Məclisin plenar iclasında "İpoteka haqqında" qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı bildirib ki,Azərbaycanda ipoteka kreditlərinin verilməsi şərtləri yüngülləşməlidir.

İqtisadçı ekspert Eldəniz Əmirov BiG.AZ-a bildirib ki,Azərbaycanda ipoteka kreditlərinin cari vəziyyəti əvvəlki dönəmlə müqayisədə müsbətə doğru qiymətləndirilə bilər. Lakin müəyyən istiqamətlərdə əlçatanlığın daha yuxarı səviyyədə təmin olunmasına ehtiyac var:
"Birincisi, ipoteka faizləri ilə bağlıdır. 8 faizlik göstərici kifayət qədər yuxarıdlr. Yəni aşagı göstərici deyil. İkincisi, 4 faizlik hissə var. Bu, çox məhdud çərçivədədir. Yalnız xüsusi qrupdan olan insanlar bundan yaralana bilir. Bu da kiçik bir qismi əhatə edir. Digər məsələ 4 faizli ipotekanı alanların belə krediti alması üçün bank tapa bilməməsidir. Müraciət edir, 4 faiz düşür, amma müraciət faizi bu 4 faizi əldə edə bilmir. Vəkil banklarla bunu əldə etmək üçün bir yetərsizlik var. Qısa müddət ərzində limit dolduğunun şahidi oluruq. Müraciət etmiş insanların narazılığını eşidirik. Bu istiqamətdə ciddi işlərin aparılmasına və təkmilləşdirilməsinə ehtiyac var".


BiG.Az
phrase_var_article.chosen
27
1
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close