AZ

Premyer Liqa: Sxadadzeli “Qəbələ” “Neftçi”yə də uduzdu - ARENA.AZ

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 28-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, turun açılış oyunu Qəbələdə keçirilib.

Burada “Qəbələ” “Neftçi” ilə üz-üzə gəlib. Bu komandalar daha öncə çempionatda 62 oyun keçirmişdilər. Bu oyunlarda “Qəbələ” 18, “Neftçi” 30 qələbə qazanmışdı, 14 görüşdə qalib müəyyənləşməmişdi. “Neftçi” son 3 matçda bu rəqibinə 2 top fərqi ilə qalib gəlmişdi.

Uzun müddətdir qələbəyə həsrət olan “Qəbələ” yeni baş məşqçisi Kaxaber Sxadadzenin rəhbərliyi altında nəhayət ki, uğursuz gedişata son qoymaq arzusundaydı. “Neftçi” isə növbəti qələbəsini qazanmaqla liderlər qrupunda qalmağı hədəfləmişdi. Yekunda sevinən tərəf yenə paytaxt təmsilçisi olub. Çempionatın aşkar autsayderinin uğursuz çıxışı isə davam edir.

Premyer Liqa
28-ci tur
29 mart

“Qəbələ” – “Neftçi” 0:1
Qol: Kilan Lebon, 42.
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Qəbələ şəhər stadionu

Qəbələ: 1. Rəşad Əzizli, 34. Ürfan Abbasov (k), 28. Murad Musayev, 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 4. Lukas Afriko, 3. Zurab Oçiqava, 99. Ahmed Ayzaya, 19. Samuel Tetteh, 9. Əyyub Allaş, 72. Osama Xalayla.
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 12. Nicat Əliyev, 71. Sənan Ağalarov, 25. İbrahim Ramazanov, 30. Şahin Şahniyarov, 77. Okan Təhməzli, 27. Eşqin Əhmədov, 10. Klesio Bauk, 6. Fares Abu Akel, 17. Yaovi Akakpo.
Baş məşqçi: Kaxaber Sxadadze.

Neftçi: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev (k), 19. Azər Salahlı, 6. Dieqo Valdez, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 95. Rəvan Kazımov, 8. Emin Mahmudov, 2. Qara Qarayev, 26. Ömər Buludov, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 23. Ataa Caber, 88. Brayan Moreno, 20. Alfa Konte.
Baş məşqçi: Miodraq Bojoviç.

phrase_var_article.chosen
160
12
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close