AZ

“Hizbullah” İsraili İran istehsalı olan raketlərlə atəşə tutub

Livandakı \"Hizbullah” silahlı-siyasi qruplaşma İran istehsalı olan \"Falag” və \"Burkan” raketləri ilə İsrail ərazisini atəşə tutub.

Bu barədə \"Hizbullah” məlumat yayıb.

Bildirilib ki, 2023-cü il oktyabrın 8-dən İsrail Müdafiə Ordusu ilə silahlı-siyasi qruplaşma arasında davam edən qarşıdurma nəticəsində \"Hizbullah”ın 262 üzvü, 53 livanlı dinc sakin, İsrailin isə 7 mülki sakini və 11 hərbçisi ölüb.
 

Seçilən
123
46
Mənbələr
Şərh ()
Bağla