AZ

Culfada Yaycı soyqırımı qurbanlarının xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatı tərəfindən rayonun Yaycı kəndində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, tədbir iştirakçıları əvvəlcə Yaycı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin ətrafında iməcilik edib, yeni tinglər əkib, abidə önünə gül dəstələri qoyublar.

Tədbirdə soyqırımı qurbanlarının, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qadir İbrahimov “31 Mart - Azərbaycanlıların soyqırımı və Yaycı soyqırımı” mövzusunda ətraflı söhbət açıb.

Tədbirdə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, icra hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Fərəc Fərəcov, Culfa Rayon Təhsil Şöbəsinin müdiri səlahiyyətlərini müvəqqəti icra edən Sevinc Mustafayeva, Dizə kənd ərazi partiya təşkilatının sədri Ədalət Əhmədov, Yaycı kənd 2 nömrəli tam orta məktəbin müəllimi Gültac Nəzərova çıxış ediblər.

Məktəb şagirdləri soyqırımı ilə bağlı vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Tədbirdən sonra iştirakçılar Vətən müharibəsində şəhid olmuş rayonun Yaycı kəndindən olan igid oğulların məzarlarını ziyarət edib, önünə tər qərənfillər düzüblər.

Seçilən
24
50
Mənbələr
Şərh ()
Bağla