AZ

Manuel Noyer Almaniya derbisini buraxacaq

Almaniyanın \"Bavariya\" klubunun qapıçısı Manuel Noyer zədə səbəbindən Bundesliqanın 27-ci turunda \"Borussiya\"ya (Dortmund) qarşı keçirəcəkləri matçı buraxacaq.

Bu barədə Münhen təmsilçisinin baş məşqçisi Tomas Tuxel oyundan öncə təşkil olunan mətbuat konfransında məlumat verib.

Mütəxəssis qolkiperlə yanaşı, Aleksandr Pavloviç, Rafael Gereyro və Saşa Boenin də eyni səbəbdən Almaniya derbisində iştirak etməyəcəyini bildirib. Komanda ilə məşqlərə başlayan hücumçu Harri Keynin isə start heyətində meydana çıxacağı gözlənilir.

Qeyd edək ki, \"Bavariya\" ilə \"Borussiya\" martın 30-da, Bakı vaxtı ilə saat 21:30-da \"Allianz Arena\"da qarşılaşacaq.
 
///report
phrase_var_article.chosen
78
2
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close