AZ

"Neftçi” səfərdə “Qəbələ”ni məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında dördüncü dövrəyə start verilib.Bakıvaxtı.az xəbər verir ki, XXVIII turun açılış matçında “Qəbələ” və “Neftçi” komandaları üz-üzə gəliblər. Qəbələ şəhər stadionunda oynanılan görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 42-ci dəqiqədə Kilan Lebon vurub.Bu nəticədən sonra xallarını 43-ə çatdıran Bakı klubu ikinci pilləyə yüksəlib. “Qırmızı-qaralar” isə 16 xalla turnir cədvəlinin sonuncu – 10-cu pilləsində qərarlaşıb.Günün digər oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda “Kəpəz” və “Qarabağ” komandaları arasında olacaq. Qarşılaşma saat 19:00-da start götürəcək. Ağdam təmsilçisi bu matçda uduzmasa, sona 8 tur qalmış 11-ci ölkə çempionluğunu rəsmiləşdirəcək.Qeyd edək ki, turun digər qarşılaşmaları martın 30-31-də keçiriləcək.

phrase_var_article.chosen
27
7
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close