AZ

Gəncədə ev yanıb

Gəncədə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Vaqif küçəsində qeydə alınıb.Belə ki ümumi sahəsi 9 m² olan birmərtəbəli 1 otaqlı evdə 1 ədəd döşək qismən yanıb.Dərhal hadisə yerinə FHN yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub . Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfəri yaşlı kişinin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.Məlumata görə həmin şəxs tüstüdən boğularaq ölüb. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.Faktla bağlı araşdırma aparılır.

FHN-dən APA-ya verilən xəbərə görə, Gəncə şəhərində ümumi sahəsi 9 m² olan birmərtəbəli 1 otaqlı evdə 1 ədəd döşək qismən yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilən
86
27
Mənbələr
Şərh ()
Bağla