AZ

ABŞ Ukraynaya ümumi yardımı 113 milyard dolları ötüb -TV

ABŞ Ukraynaya yardım üçün təxminən 113 milyard dollar xərcləyib.

Bu barədə "Fox News" kanalı Ağ Evin İdarəetmə və Büdcə İdarəsinin direktoru Şalanda Yanqın məktubuna istinadən məlumat yayıb.

Senator Ceyms Devid Vansın (Ohayo ştatı) sorğusuna cavab olaraq göndərilən sənədə əsasən, Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bəri ABŞ Konqresi Kiyevə əlavə 111 milyard dollar vəsait ayırıb. Daha 2,4 milyard dollar təyin olunmamış pul şəklində Ukraynaya yenidən bölüşdürülüb.

İdarəetmə və Büdcə İdarəsinin məlumatına görə, əsas yardım paketlərinə əlavə olaraq, Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) 2022 və 2023-cü maliyyə illərində səhiyyə və səfirlik əməliyyatları üçün müvafiq olaraq 145 milyon və 189 milyon dollar ayırıb.

"Fox News" xəbər verir ki, silah və sursatların dəyişdirilməsi xərcləri nəzərə alınarsa, ümumi xərclər daha çox ola bilər.

phrase_var_article.chosen
144
11
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close