AZ

Alimlərdən qorxunc açıqlama:Alzheimer yoluxucu ola bilər

Yeni aparılan araşdırmalar Alzheimer xəstəliyinin yoluxucu ola biləcəyini üzə çıxarıb.

Medicina.az xəbər verir ki, Kanadanın British Columbia Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırma Alzheimerin orqan nəqli olan xəstələr vasitəsilə də yayıla biləcəyini göstərib.

Araşdırma zamanı ailəsində Alzheimer xəstəliyi olan donorların sümük iliyi siçanlara köçürülüb və siçanlarda bundan sonra Alzheimer xəstəliyinin yarandığı müşahidə olunub.

Alimlər bildiriblər ki, xəstəliyin bu növü ailədəki tək bir genetik mutasiyadan qaynaqlanır. Alzheimerin bu forması olan xəstələrdə amiloid prekursor zülalının (APP) qüsurlu versiyası var ki, bu da beyin funksiyalarını pisləşdirir.

Tədqiqat ilk dəfə olaraq üzə çıxarıb ki, bu proses mərkəzi sinir sistemindən kənarda başlayır və daha sonra beyinə doğru gedir və Alzheimer xəstəliyi ilə əlaqəli zehni zəifliyə səbəb olur.

Komanda siçanlarda altı aydan başlayaraq koqnitiv geriləmə əlamətləri müəyyən edib.

Tədqiqatın müəllifləri xəstəliyin yayılmasının qarşısını almaq üçün qan, toxuma və orqan donorlarını Alzheimer xəstəliyinə qarşı müayinədən keçməyə çağırıblar. Bununla belə, onlar təsirin insanlarda da eyni olub olmadığını öyrənmək üçün daha çox araşdırmaya ehtiyac olduğunu qeyd ediblər.

"Bu, Alzheimerin beyindən kənarda ifadə edilən amiloidlərin mərkəzi sinir sisteminin patologiyasına kömək etdiyi sistemli bir xəstəlik olduğu fikrini dəstəkləyir. Biz bu mexanizmi tədqiq etməyə davam etdikcə qan, orqan və toxuma transplantasiyası, eləcə də insandan əldə edilən kök hüceyrələrin köçürülməsi üçün istifadə edilən donorlar üzərində daha yaxşı nəzarətə ehtiyacımız olduğunu görürük. Alzheimer xəstəliyi aysberqin görünən tərəfi ola bilər", - tədqiqatın baş müəllifi və immunoloq Dr. Uilfred Cefferiz deyib.

Qeyd edək ki, indiyə qədər Alzheimer xəstəliyinin orqan və ya sümük iliyi donorluğu ilə əlaqəli olub-olmadığı müəyyən edilməmişdi.

Yeni araşdırmanın nəticələri “Stem Cell Reports” jurnalında dərc olunub.


Aysel

phrase_var_article.chosen
90
1
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close