AZ

Cütlük yeni doğulan əkizləri 5 min dollara satmağa çalışdı: HƏBS OLUNDU

ABŞ-də yeni doğulmuş uşaqları beş min dollara satmaq istəyən cütlük həbs edilib.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, Zachary Davis və Jacquiline Keyt yeni doğulmuş əkizlərdən xilas olmağa çalışmaqda şübhəli bilinirdi. Cütlüyün əleyhinə açıqlamanı onların niyyətindən xəbər tutan qohumu yazıb. İddialara görə, onlar uşaqları qohumlarından birinə satmaq niyyətində olublar.

Qadın müstəntiqlərə mesajların skrinşotlarını və sövdələşmənin müzakirə edildiyi, Davis və Keytin şərtləri ilə razılaşdığı iddia edilən videonu təqdim edib. Dindirilmə zamanı Devis videonun həqiqiliyini təsdiqləsə də, uşaqların satışı ilə bağlı zarafat etdiyini bildirib. Keith videonu ciddi qəbul etmədiyini söyləyib.

Cütlük martın 18-də həbs edilib və Cekson qraflığının həbsxanasına yerləşdirilib. Onlar insan alverində ittiham olunublar.

Yusif EYVAZLI

Seçilən
184
30
Mənbələr
Şərh ()
Bağla