AZ

Türkiyənin 3 vilayətində VƏZİYYƏT QARIŞDI: kütlə ilə polis arasında toqquşma davam edir

Türkiyənin Van vilayətində DEM Partiyasının bələdiyyə sədirliyinə namizədi Abdullah Zeydanın qanuni hüquqlarının geri alınması və vəsiqənin AK Partiyadan Əbdülahat Arvaşa verilməsindən sonra başlayan etirazlar gecə saatlarında da davam edib.

Publika.az xəbər verir ki, polis təzyiqli su və bibər qazından istifadə edərək nümayişçilərə müdaxilə edib. Bundan sonra hadisələr Cənub-şərqdə bir çox vilayətə yayılıb.

Belə ki, Vandakı olaylar Hakkari vilayətinin Yüksekova rayonunda da etiraz aksiyası başlayıb. İftardan sonra rayonun Cengiz Topal məhəlləsində bir araya gələn kütlə bir qrup halında yürüşə cəhd etdiyi zaman polisin müdaxiləsi ilə qarşılaşıb.

Təzyiqli su və bibər qazı ilə edilən müdaxilədən sonra qrup ara küçələrə dağılaraq tonqal yandırıb. Hadisələrlə əlaqədar rayon satıcıları mağazaları tez bağlayıblar.

Yüksekovada indiyədək 8 nəfər saxlanılıb.

Seçilən
182
Mənbələr
Şərh ()
Bağla