AZ

Tayvan yaxınlığında 7,5 bal gücündə zəlzələ baş verib - YENİLƏNİB

Tayvanın şərq sahillərində 7,5 bal gücündə zəlzələdən sonra sunami Yaponiyanın Yonaquni adasının sahillərinə çatıb.

APA xəbər verir ki, bu barədə “NHK” telekanalı məlumat yayıb.

Jurnalistlərin məlumatına görə, hazırda dalğanın hündürlüyü 0,3 metrdir. Lakin bu rəqəmin artacağı istisna edilmir.

Təbiət hadisəsindən sonra ölkə hakimiyyəti yerli sakinlərə hündürlüyü üç metrə qədər sunami təhlükəsi barədə xəbərdarlıq edib.

Okinava prefekturasına daxil olan adalar - Miyakojima və Yaeyama potensial təhlükəli zonada yerləşir.

***
04:12

Tayvan yaxınlığında 7,5 bal gücündə zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, Yaponiyanın cənubunda yerləşən Okinava və Miyako adaları üçün sunami təhlükəsi elan edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
174
38
apa.az

10Mənbələr