AZ

Millimizin forvardı "Qalatasaray"a qol vura bilmədi - VİDEO

Türkiyə Superliqasında 31-ci tura start verilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" səfərdə "Qalatasaray"la qarşılaşıb.

Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Renat oyuna ehtiyat oyunçular skamyasında başlayıb. O, 77-ci dəqiqədə meydana daxil olub.

"Hatayspor" Superliqanın turnir cədvəlində 33 xalla (31 oyun) 15-cidir.

"Qalatasaray" isə 84 xalla (31 oyun) 1-ci yerdədir."Fənərbaxça" 79 xalla (30 oyun) 2-ci, "Trabzonspor" 49 xalla (30 oyun) 3-cü pillədə qərarlaşıb.

"Qalatasaray" - "Hatayspor" 1:0
Qol:
İkardi, 12

Seçilən
166
23
Mənbələr
Şərh ()
Bağla