“Qəbələ”nin futbolçuları – Ülvi İsgəndərov və Asif Məmmədov Azərbaycan Kubokunun yarımfinalında “Zirə” ilə ilk oyunu buraxaqlar.
Arena.az bu barədə əyalət klubunun rəsmi saytına istinadən xəbər verir.
“Qəbələ” Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Zirə” ilə səfərdə keçiriləcək ilk oyununun hazırlıq prosesini başa vurub. İki futbolçu komandanın məşqində iştirak etməyib. Asif Məmmədov və Ülvi İsgəndərov bərpa prosesi keçirlər. Bu üzdən onların kubok matçında iştirakı gözlənilmir. Onların dəqiq nə vaxt sıraya dönəcəkləri açıqlanmır.
Xatırladaq ki, aprelin 3-də Zirə İdman Kompleksinin stadionunda baş tutacaq “Zirə” – “Qəbələ” qarşılaşmasına saat 19:00-da start veriləcək.