AZ

AFFA kimisini cərimələdi, kimisinə xəbərdarlıq etdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda I Liqanın XIX turunun oyunları ilə bağlı aşağıdakı qərarlar verilib:

28.03.2024-cü il tarixində I Liqada XIX turun “Qaradağ Lökbatan” – “İrəvan” oyununda “İrəvan” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “İrəvan” klubu 70 manat cərimə edilir (maddə 37);

28.03.2024-cü il tarixində I Liqada XIX turun “Qaradağ Lökbatan” – “İrəvan” oyununun 35-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qaradağ Lökbatan” klubu 150 manat cərimə edilir (maddə 52.2);

28.03.2024-cü il tarixində I Liqada XIX turun “Qaradağ Lökbatan” – “İrəvan” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilir (maddə 51.2);

28.03.2024-cü il tarixində I Liqada XIX turun “Araz Saatlı” – “Mingəçevir” oyununda “Araz Saatlı” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Araz Saatlı” klubu 70 manat cərimə edilir (maddə 37);

28.03.2024-cü il tarixində I Liqada XIX turun “İmişli” – “Şamaxı” oyununun 71-ci dəqiqəsində “Şamaxı” klubunun 20 nömrəli futbolçusu Əli Mürsəlov təcavüzkar davranışa görə (rəqibi aqressiv şəkildə itələdiyinə görə) birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Şamaxı” klubu 150 manat cərimə edilir (maddə 40.1);

28.03.2024-cü il tarixində I Liqada XIX turun “İmişli” – “Şamaxı” oyununun 81-ci dəqiqəsində “İmişli” klubunun 44 nömrəli futbolçusu Həzrət İsayev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “İmişli” klubu 50 manat cərimə edilir (maddə 36.5);

28.03.2024-cü il tarixində I Liqada XIX turun “İmişli” – “Şamaxı” oyununun 63 və 80-ci dəqiqələrində “İmişli” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “İmişli” klubuna xəbərdarlıq edilir (maddə 43.7);

Seçilən
155
11
Mənbələr
Şərh ()
Bağla