AZ

Cinpin Baydenə qırmızı xətti xatırlatdı: "Dözməyəcəm"

Çin Xalq Respublikasının Sədri Si Cinpin ABŞ Prezidenti Co Baydenlə telefon danışığı zamanı Tayvan məsələsinə toxunub, ABŞ-nin "qırmızı xətti keçməməli olduğunu" xatırladıb və Pekinin Tayvandakı separatçı fəaliyyətə, eləcə də kənardan dəstəyə dözməyəcəyini vurğulayıb.

Publika.az xəbər verir ki, bu barədə Çin mətbuatı məlumat yayıb.

Həmçinin qeyd edilir ki, Si Cinpin ABŞ administrasiyasının Çin iqtisadiyyatının, ticarətinin və elminin inkişafını boğmağa yönəlmiş tədbirlərini tənqid edib.

KİV-in məlumatına görə, Çin lideri xüsusilə ABŞ administrasiyasının qabaqcıl texnologiyaların Çinə ötürülməsinə mane olmağa yönəlmiş “sonsuz səylərini” tənqid edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
202
2
publika.az

2Mənbələr