AZ

Zaxarova: “Makron Kiyevi terror aktlarının həyata keçirilməsi üçün vəsaitlə təmin edir”

Fransa lideri Emmanuel Makron Rusiya ilə antiterror əməkdaşlığını gücləndirmək niyyətində olduğunu dəfələrlə bəyan etməsinə baxmayaraq, Kiyevi yeni terror aktları törətmək üçün vasitələrlə təmin etməkdə davam edir.

APA xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Tsarqrad” telekanalına müsahibəsində deyib.

“Əgər bir şəxs deyirsə ki, terrorla mübarizə aparmaq lazımdır, necə ola bilər ki, sabah bu şəxs Kiyev rejiminə hərbi yardım göstərilməsini elan etsin, yəni terror aktları törədənlərə onları həyata keçirmək üçün texniki imkanlar bəxş etsin? Makron yarım gündən bir fikrini dəyişir. Buna görə də onun nə dediyini onun yaxın çevrəsində kimsə anlaya bilmir“, - XİN rəsmisi vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
176
apa.az

1Mənbələr