AZ

Zaxarova Ermənistan hakimiyyətini SƏRT QINADI

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan parlamentinin sədri Alen Simonyanın Ermənistanın Avropa dəyərlərinə sadiqliyini ifadə etdiyi bəyanatına şübhə ilə yanaşıb.

Publika.az xəbər verir ki, bu barədə “Zvezda” telekanalı məlumat yayıb.

"Niyə... İrəvanda belə dempinq edirlər? Nə üçün onlar qədim erməni sivilizasiyasını, Avropa demokratiyasından xeyli əvvəl mövcud olmuş mədəniyyəti, tarixi, dövlətçiliyi indiki həqiqətən dalana dirənmiş Avropa İttifaqı ilə müqayisə edirlər?” - deyə Zaxarova soruşdu.

Xatırladaq ki, Simonyan bir müddət əvvəl demişdi ki, erməni demokratiyası uzun müddətdir ki, Avropa dəyərləri sistemini, Avropa ailəsini və demokratiyanı bölüşür.

Seçilən
153
50
publika.az

10Mənbələr