AZ

Bakının mərkəzində ağır qəza baş verdi

Bakının Nəsimi rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, qəza 28 may küçəsi ilə Rəşid Behbudov küçələrinin kəsişməsində baş verib.

Yol Patrul Xidmətinin əməkdaşının verdiyi məlumata görə, 28 may küçəsi ilə hərəkətdə olan “Toyota” markalı maşının xanım sürücüsü işıqforun qırmızı işığından keçərkən yol ayrıcında olan “Chevrolet” markalı avtomobilə çırpılıb.

Daha sonra “Toyota” mağazaya dəyərək dayanıb.

Qəza nəticəsində “Toyota” nın sürücüsü və sərnşini ağır xəısarət alaraq salonda sıxışıb qalıb.

Əraziyə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları gələrək yaralıları salondan çıxarıb.

Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin və Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Avtotexniki ekspertiza təyin edilib.

Seçilən
178
2
Mənbələr
Şərh ()
Bağla