AZ

Xocavənddəki dəhşətli qəzada xəsarət alanların kimliyi məlum oldu - YENİLƏNİB + FOTO/VİDEO

Xocavənd rayonunun Cəmiyyət kəndində “Mercedes-Benz” markalı mikroavtobusun idarəetmədən çıxaraq aşması nəticəsində xəsarət alanlardan bəzilərinin kimliyi məlum olub.

“Report”un məlumatına görə, qəza zamanı Vəfalə Qərib qızı Süleymanova (sağ çiyinin küt travması xəsarəti - red), Vüsal İsmayıl oğlu Kərbəlayev (sol çiyinin əziyi), Əflatun İsmayıl oğlu Kərbəlayev (döş qəfəsin küt travması), Sərvər Əhməd oğlu Fətullayev (sağ çiyinin küt travması) xəsarət alıblar.

Qeyd edək ki, Biləsuvar rayon sakini Pənah Quliyevin idarə etdiyi “Mercedes” markalı sərnişin mikroavtobusunun qəzaya uğramasına səbəb əyləc sistemində yaranan nasazlıq olub. Hadisə zamanı mikroavtobusda 17 nəfər olub. Onlardan doqquzu xəsarət alıb.

Qəza zamanı xəsarət alanların hamısı işğaldan azad edilən ərazilərdə çalışan işçilər olub.

00:06

“Xocavənd rayon ərazisində baş verən qəzada xəsarət alan doqquz nəfərdən beşi Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib”.

Bunu APA-ya açıqlamasında Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov deyib.

Bildirib ki, hazırda xəstələrin vəziyyəti orta ağırdır.

“Axşam saatlarında beş nəfər vətəndaşımız Xocavənd rayonu ərazisində baş verən qəzadan sonra xəstəxanamıza müraciət edib. Bərdə Rayon Mərkəzi Xəstəxanasının qəbul şöbəsinə daxil olarkən xəstələrin hər birinin vəziyyəti orta-ağır olaraq qiymətləndirilib. Hər bir xəstə üzərində ilkin cərrahi işləmələri icra olunub. Müayinələr davam etdirilir. Beşinində vəziyyəti orta-ağırdır. Həyatı təhlükələri yoxdur”, - Məmmədov qeyd edib.

02.04.2024, 21:52

Xocavənd rayonunda mikroavtobus aşıb, doqquz nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə rayonun Cəmiyyət kəndində qeydə alınıb.

İşğaldan azad edilən ərazilərdə fəaliyyət göstərən şirkətlərdən birinə məxsus fəhlə daşıyan mikroavtobus aşıb.

Biləsuvar rayon sakini Pənah Quliyevin idarə etdiyi “Mercedes” markalı sərnişin mikroavtobusunun əyləc sistemində yaranan nasazlıq səbəbindən sürücü idarəetməni itirib. Nəticədə mikroavtobus aşıb.

Qəza nəticəsində mikroavtobusda olan ümumilikdə 17 nəfərdən doqquzu xəsarət alıb. Xəsarət alan şəxslərə ilkin tibbi yardım göstərilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib.

Bildirib ki, faktla bağlı Xocavənd Rayon Polis Şöbəsində araşdırma aparılır.


21:16

Xocavənd rayon Cəmiyyət kəndi ərazisində fəhlə daşıyan avtomobil aşıb, səkkiz nəfər yaralanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən APA-ya bildirilib ki, yol-nəqliyyat hadisəsi nəticəsində səkkiz nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Onlar xəstəxanaya çatdırılıb, onların arasında həyatını itirən yoxdur.

Araşdırma aparılır.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
208
40
baku.ws

10Mənbələr