AZ

G7 ölkələri Rusiya aktivlərinin Ukraynaya verilməsi ilə bağlı təkliflər hazırlayacaq

"Böyük yeddiliyə"(G7) üzv ölkələr iyun sammiti üçün Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya verilməsi ilə bağlı yeni təkliflər hazırlayacaqlar.

APA xəbər verir ki, bu barədə Böyük Britaniya xarici işlər nazirinin müavini Nüsrət Qani məlumat yayıb.

Onun sözlərinə görə, Britaniya müttəfiqləri ilə, o cümlədən Avropa Komissiyası ilə sıx əməkdaşlığı davam etdirir.

Qani qeyd edib ki, hazırda Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə yönəldilə biləcəyi bütün hüquqi sxemlər öyrənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
204
2
apa.az

5Mənbələr