AZ

KİV: Tayvanda zəlzələdən sonra bir neçə bina dağılıb

Tayvanın şərq sahillərində baş verən 7,2 maqnitudada zəlzələdən sonra Hualyan şəhərində bir sıra binalara ciddi ziyan dəyib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, TVBS telekanalı dağıntıların görüntülərini nümayiş etdirib.

Zəlzələ Pekin vaxtı ilə saat 07:58-də (Bakı vaxtı ilə saat 03:58) baş verib və bütün Tayvanda hiss olunub. Yerli seysmoloqların məlumatına görə, zəlzələnin episentri Hualyan şəhərindən 25 km cənub-şərqdə Sakit okeanda, zəlzələ ocağı 15,5 km dərinlikdə yerləşib.

Bundan əvvəl bildirilib ki, Tayvanın şərqində 5,4 mqanitudada daha dörd zəlzələ baş verib. Bu barədə adanın Meteoroloji Xidməti məlumat yayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
170
1
milli.az

2Mənbələr