AZ

Çinarə Məlikzadə "Qalatasaray"ın futbolçusu ilə NİŞANLANIB?

Müğənni Çinarə Məlikzadə “Qalatasaray”ın futbolçusu ilə nişanlanması xəbərinə reaksiya verib.

Bizim.Media xəbər verir ki, bu barədə sənətçi qonaq olduğu “Rəngarəng səhər” verilişində müsahibəsində danışıb.

Aparıcı Zaur Nəbioğlu ifaçıya “Redaktorumuz deyir ki, Çinarə “Qalatasaray”ın futbolçusu ilə nişanlanıb. Düzdür?” sualını ünvanlayıb.

Çinarə isə gülərək “Bu xəbəri sizə kim deyib? Nə təsdiq edirəm, nə inkar. Çünki ürəyim belə istəyir. Açıqlama verməyim qadağandır”, fikirlərini səsləndirib.

Qeyd edək ki, illər əvvəl Əlibəy Məmmədli müğənni Çinarə Məlikzadə ilə ailəli olub. Lakin onların evliliyi heç bir il çəkməyib.

Rəşad Əliyev, Bizim.Media
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
10
bizim.media

10Mənbələr