AZ

Teylor Svift milyarder oldu

Müğənni Teylor Svift milyarderlər sırasına qoşulub.

OLAY yazır ki, bu barədə “Forbes” son bir ildə sərvəti 1 milyard dolları keçən məşhurları sıralayarkən yazıb.

Müğənniyə həsr olunmuş məqalədə deyilir:

“Siyahıdakı ən məşhur yeni şəxs Teylor Sviftdir, onun beş qitəni əhatə edən “Eras Tour”u 1 milyard dollar gəlir gətirib”.

34 yaşlı ulduzun qastrol qazancı, mahnılarının dəyəri və daşınmaz əmlakı daxil olmaqla xalis sərvəti 1,1 milyard dollardır.

Swift bu pulu yalnız mahnı və konsertlərdən qazanan ilk sənətçidir.

Seçilən
65
1
Mənbələr
Şərh ()
Bağla