AZ

BMU-da bədii yaradıcılıq müsabiqəsinin seçim turu keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATAHİ) tərəfindən təşkil olunan “Ali təhsil müəssisələri tələbələrinin bədii yaradıcılıq müsabiqə - festivalı”nın  seçim turu keçirilib.

 

AzEdu.az xəbər verir ki, seçim turunda BMU-nun Bədii yaradıcılıq bölməsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zəminə Axundovanın rəhbərliyi ilə informasiya texnologiyaları ixtisası üzrə II kurs tələbələri Böyükxanım İbrahimova, Gülər Həmzəyeva, memarlıq ixtisası üzrə I kurs tələbəsi Rəhimə Dadaşova, elektrik və elektronika mühəndisliyi ixtisası üzrə II kurs tələbəsi Günay Nuriyeva, şəhərsalma ixtisası üzrə II kurs tələbəsi Aysu Cəbrayılova, həmçinin universitetin rəqs özfəaliyyət kollektivi (bədii rəhbər Səbinə Musayeva) çıxış edib. 

 

Seçim turu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşı Nigar Şahmuradova, Azərbaycan Milli Konservatoriyasının müəllimi Arslan Növrəsli, ATİAHİ Respublika Komitəsinin şöbə müdiri Rüstəm Nəzirovdan ibarət münsiflər heyəti tərəfindən qiymətləndiirlib.

 

Hər il keçirilən müsabiqə-festival tələbələrin milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsi, onların bədii-estetik səviyyəsinin yüksəldilməsi, həmçinin incəsənət və mədəniyyətimizin ayrı-ayrı sənət növləri üzrə istedadlı gənclərin üzə çıxarılması, qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək məqsədi daşıyır.

 

Müxtəlif nominasiyalar üzrə təşkil olunan müsabiqə-festivalın mərhələlərini adlayan qaliblər yekun konsertdə iştirak etmək hüququ qazanacaqlar.

Seçilən
59
27
Mənbələr
Şərh ()
Bağla