AZ

“Həkimlərimizi tanıyın!” rubrikasında Mircəlal Kazımini təqdim edirik

DR.MİRCƏLAL KAZIMİ Mərkəzi Gömrük Hospitalında ümumi cərrahiyyə, qaraciyər transplantasiyası, böyrək transplantasiyası əməliyyatlarını, qaraciyər, öd kisəsi, öd yolları, mədəaltı vəzi sistemi cərrahiyyəsi, böyrəküstü vəzi əməliyyatı, qida borusu, mədə, 12-barmaq bağırsaq cərrahiyyəsi, yoğun bağırsaq, düz bağırsaq cərrahiyyəsi, qarın ön divarı yırtıqları üzərində cərrahi əməliyyatları laparoskopik və açıq üsulla həyata keçirir. SİA xəbər verir ki, dr. Mircəlal Kazımi haqqında ətraflı məlumat almaq üçün linkə daxil ola bilərsiniz: https://customshospital.az/mircelal-kazimi/.

Dr.Mircəlal Kazımi 1994-2000-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə İşi fakültəsində təhsil almış, 2000-2001-ci illərdə M.Nağıyev adına Kliniki Təcili Tibbi Yardım Xəstəxanasında ümumi cərrahiyyə ixtisası üzrə internatura keçmişdir. Mircəlal həkim 2003-2008-ci illərdə Türkiyənin Ege Universitetinin Tibb fakültəsinin Cərrahiyyə və orqan transplantasiyası şöbəsində təhsilini davam etdirərək uzmanlıq dərəcəsini almışdır. O, 2007-2009-cu illərdə Ege Universitetinin Tibb Fakültəsi, Ümumi Cərrahiyyə və Orqan Transplantasiyası kafedrasında qaraciyər və böyrək transplantasiyası sahəsində təkmilləşmiş və Orqan transplantasiyası və Hepatobiliyar cərrahiyyə bölməsinin məsul şəxsi kimi fəaliyyət göstərmişdir. Mircəlal həkim 2008-ci ildə dövlət tibb müəssisəsinin Endoskopik cərrahiyyə şöbəsində həkim-cərrah kimi fəaliyyətə başlamış, qısa müddət ərzində Cərrahiyyə və Orqan transplantasiyası şöbəsini yaratmış və 2018-ci ilə qədər orada fəaliyyət göstərmişdir. O, 2018-ci ildən Mərkəzi Gömrük Hospitalında Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin rəisi, cərrah transplantoloq kimi fəaliyyət göstərir.

Dr.Mircəlal Kazımi daim öz üzərində çalışan cərrahdır, dünya tibb aləmində baş verən hadisələri müntəzəm olaraq izləyir, tibbin nailiyyətlərini öyrənir və işini müasir texnologiyalara əsaslanaraq qurur. O, 2009-2010-cu illərdə İzmir şəhərinin “Kent” xəstəxanasında qaraciyər transplantasiyası, 2012-ci ildə Cənubi Koreyanın Seul şəhəri, “Asan Medical Center”-də, hepatobiliyar cərrahiyyə və qaraciyər transplantasiyası proqramı üzrə təlimlərdə iştirak edib.

Mircəlal həkim Azərbaycanda ilk dəfə qaraciyər transplantasiyası əməliyyatını uğurla icra etmiş cərrah transplantoloqdur. Bu günə qədər 1000-dən çox orqan transplantasiyası əməliyyatını uğurla həyata keçirib. Azərbaycanda icra olunan təkcə böyrək transplantasiyası əməliyyatlarının 90%-i Dr.Mircəlal Kazımi tərəfindən həyata keçirilib.

Həkimin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
sia.az

1Mənbələr