AZ

Müğənni arvadını öldürən şəxsə hökm oxundu

Müğənni Yaqut Həşimovanın qətlə yetirməkdə ittiham olunan həyat yoldaşı Anar Həşimovun cinayət işi məhkəmə iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.

Hökmə əsasən Anar Həşimov 17 il müddətinə azadlıqdan mərhum edilib.

Qeyd edək ki, bundan əvvəl çıxış edən prokuror Anar Həşimovun 19 il müddətinə azadlıqdan mərhum edilməsini istəyib.

Daha sonra vəkil müdafiə nitqi ilə çıxış edib.

Hakimlər hökm qəbul etmək üçün müşavirəyə yollanıb. Müşavirədən qayıdan hakimlər hökm elan edib.

Anar Həşimov 17 il müddətinə azadlıqdan mərhum edilib.

İttihama görə, Anar Həşimov 2023-cü ilin sentyabr-oktyabr aylarında arvadı Yaqut Həşimovanın istifadəsində olan mobil telefonuna baxaraq həmin telefonun "Whatsapp" proqramında bir neçə şəxslə qarşılıqlı şəkildə mesajlar yazdığını müəyyən edib.

Yaqut Həşimova iradlarını qəbul etməyərək onun işlərinə qarışmamasını tələb edib.

Bundan sonra aralarında baş vermiş mübahisə zamanı Anar Həşimov qısqanclıq zəminində qisas almaq niyyəti ilə arvadı Yaqut Həşimovaya işgəncə verməklə xüsusi amansızlıqla qəsdən öldürmək maqsədilə əvvəlcə xüsusi ağrılar yetirmək üçün mənzilin yataq otağında olan bakalla müğənninin baş nahiyəsindən 2 dəfə vurub.

Daha sonra onun hərəkətlərindən qorxaraq mənzilin yataq otağında küncə çəkilmiş Yaqut Həşimovanın həyatı üçün dönə-dönə aman diləyən yalvarışlarına baxmayaraq, ona bıçaqla zərbələr vurub, sonra boğazını kəsib. Qadın aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Hadisəni törətməkdə təqsirli bilinən Anar Həşimov saxlanılaraq barəsində həbs-qətimkan tədbiri seçilib.

Anar Həşimovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.


Müəllif: Hacı Zeynalov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
50
teleqraf.com

10Mənbələr