AZ

Ailədaxili qəddar qətllər - ARAŞDIRMA

Cəmiyyət olaraq bütün məsələlərdə yoxlamanı vacib hesab edirik. Məsələn, avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi və sürücülük vəsiqəsi almaq üçün isə sağlamlıq testləri tələb olunur. İşə qəbul zamanı testlər və ya müsahibələr vasitəsilə şəxsin ləyaqətini ölçürük. Lakin söhbət evliliyə gəldikdə, yalnız hislər və adət-ənənələri rəhbər tutaraq hərəkət edirik. Evlilik mövzusunun da bütün bunlar qədər vacib olduğunu çox vaxt unuduruq.

Bildiyimiz kimi, Sumqayıtda 1 yaş 4 aylıq qızını dənizdə boğaraq qətlə yetirməkdə ittiham olunan Ahmet Turan Yeşil danışıb. O, açıqlamasında psixoloji problemləri olduğunu bildirib.

Qeyd edək ki, martın 31-i Sumqayıtda azyaşlı Zeyneb Yeşilin dəniz sahilində meyiti tapılıb. Onun qətlə yetirilməsi məlum olub və atası 1984-cü il təvəllüdlü Ahmet Turan Yeşil şübhəli şəxs qismində tutulub.

Bəs, bu tip “adam”ları evlənmədən öncə necə tanımaq lazımdır? Evlilik öncəsi psixoloji testlər nə qədər önəmlidir?

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Evlilik yaxınlaşdıqca hiss edilən şübhələr və ziddiyyətli suallar qismən normal olsa da, əslində bunlar bizə bir şey söyləməyə çalışır. Daha sonra cavabsız qalan suallara özümüzü aldadıb yalan cavablar çıxararaq evlilik qərarımızın arxasında dururuq. Əgər evlilik kimi ömürlük bir qərar güclü şübhələrlə müşayiət olunursa, burada dayanıb evliliyin davamlılığı baxımından daha yaxından düşünmək çox vacibdir.

İllərlə birlikdə yaşadıqdan sonra bir-birindən şübhələnən, hətta bu əlaqəni evliliyə çevirmək üçün hərəkətə keçəndə bir-birlərinə güvənməkdə çətinlik çəkən bir çox cütlük görürük. Kim nə deyirsə desin, münasibətin tanınması, yəni evliliyin həm qanuni, həm də ənənəvi qəbulu ilə o qədər də sadə proses deyil.

Bu mövzuda araşdırma Los-Ancelesdə yeni evlənən 232 cütlük üzərində aparılıb. Dörd il ərzində evliliyin başlanğıcından 6 aylıq fasilələrlə müsahibələr aparılıb. Nikah zamanı kişilərin orta yaşı 27, qadınların isə 25 idi. Araşdırma “Journal of Family Psychology”də dərc olunub. Evliliyin ilk aylarında edilən müsahibədə “Evlilikdən əvvəl tərəddüd və ya şübhələriniz var idimi?” sualına kişilərin 47 faizi, qadınların isə 38 faizi bəli cavabını verib. Bu rəqəmlərdən də göründüyü kimi qadınlarda tərəddüd nisbəti kişilərə nisbətən daha azdır. Ancaq araşdırmalar nəticəsində qadının tərəddüdünün evliliyin sonrakı illərində problemlərin olub-olmayacağını göstərmək baxımından daha əhəmiyyətli bir göstərici olduğu ortaya çıxıb.

Bunlar bizə bunu deyir ki, qadınların evlənmədən əvvəl tərəddüdləri varsa, buna asanlıqla göz yumulmamalıdır. Şübhələrin zamanla keçəcəyini və ya sevginin onlara qalib gələcəyini düşünmək qaçınılması lazım olan bir düşüncə tərzidir.

Evlilik şəxsi məmnuniyyət, güvən və əlaqənin sınaqdan keçirilməsini tələb etsə də, insanın daxilindəki psixopatologiya münasibətlərdə özünü göstərə bilər. Hətta biz münasibətlərdə özümüzü tanıyırıq. Partnyorumuz güzgümüzə çevrilir. Psixoloji sağlamlıq ən azı fiziki sağlamlıq qədər vacib deyilmi? Onun məni sevdiyi üçün intihar etdiyini, spirtli içkilərə aludə olduğunu, yol qəzası keçirdiyini, dava-dalaş etdiyini deyənlər də az deyil. Sevgi davranışlarını psixopatologiya ilə səhv salaraq ailə quranları olanlar kifayət qədərdir.

Bəzən ailələr öhdəsindən gələ bilmədikləri övladlarını evləndirməklə onlardan xilas olurlar.
Qabaqcıl psixopatologiya yoxlanılmalıdır.

SİA dünyada və Azərbaycanda baş verən belə hadisələrin bir qismini araşdırıb.

Dünyada övladını öldürən atalar:

- Türkiyədə 2 may 2023-cü il tarixində saat 18:00 radələrində Arnavutköydə baş verən hadisədə 23 yaşlı Mutlucan Ateş birlikdə qaldığı atası tərəfindən silahla vurulmuş halda tapılmışdı. Hadisə yerinə gələn sağlamlıq qrupları Mutlucan Ateşin öldüyünü müəyyən etmişdi.

- Fəhlə, 6 uşaq atası Ali Mehmet Kaya birlikdə yaşadığı dəmir-polad fabrikində işləyən oğlu Həsən Hüseyn Qayanı işə getmək üçün oyatmaq üçün otağına gedib. Lakin işə getmək istəmədiyini deyən Həsən Hüseyn Kaya atasına reaksiya verərək onu yerə yıxıb. Mehmet Ali Kaya yerdən qalxaraq qonşu otaqdan tüfəngini götürərək oğluna tuşlayıb və atəş açıb. Həsən Hüseyn Kaya qanlar içində yerdə qalarkən, qonşuların xəbəri ilə hadisə yerinə polis və sağlamlıq qrupları sövq edilib. Həkimlər qrupunun müayinəsindən sonra Kayanın öldüyü müəyyən edib.

Ali Mehmet Kayanın prokurorluqdakı ifadəsində oğlu ilə tez-tez mübahisə etdiyini, hadisə baş verən gün oğlunun onu itələyərək yerə yıxdığı zaman hirslənərək ona atəş açdığını dediyi öyrənilib.

- Amerikada cəmi iki yaşı olan balaca Julius başına nə gələcəyindən xəbərsiz idi. Evin ətrafında qaçmağa başlayan oğlunun qarşısında dayanan ata qəfildən cibindən silahı çıxararaq Juliusun başına atəş açmağa başlayıb. Qan içində yerə yıxılan Juliusun ölmədiyini anlayan ata daha sonra mətbəxə keçərək şişə bənzər alətlə oğluna hücum edib. Ata ağrıdan yerdə uzanan və həyatda qalmaq üçün mübarizə aparan Yuliusu yastıqla boğmağa çalışıb. Oğlunun nəfəs almadığına əmin olana qədər yastığı azyaşlı uşağın başından götürməyib. O, öz oğluna böyük ağrılar verib onu öldürən qatil daha sonra özünə qəsd etməyə cəhd edib.

İki yaşlı kiçik oğlu keçmiş əri tərəfindən vəhşicəsinə öldürülən Patrycja Szczesniak böyük şok yaşadı. Qısa müddətdə həbs edilən ata günahkar bilinib. Czapla'nın toksikologiya hesabatına görə, qatil oğlunu öldürərkən yüksək dozada spirt, antidepresanlar və qeyri-qanuni maddələr qəbul edib. Ana Szczesniakın məhkəmə prosesi zamanı göz yaşları ilə söylədiyi hər şeyi ümumiləşdirdi. "Ondan ayrılsam da, oğlumuzla ünsiyyət qurmasını xüsusi olaraq istədim", - deyən Szczesniak əlavə edib: "Mən heç vaxt onun Juliusla görüşməsinə mane olmamışam. Oğlum da onu uşaqların atalarını sevdiyi qədər sevirdi. O, həmişə atasına güvənirdi. Amma nəticə necə oldu? Mənim əziyyət çəkməyimi istədi və oğlumuzu öldürdü ki, məndən qisas alsın”.

- Türkiyədə Muğlanın Menteşe rayonunda oğlu Cavit Karanı tapança ilə öldürən Hüseyn Kara ifadəsində oğlunun evlənmək istədiyi qıza qarşı çıxdığını, buna görə də mübahisə etdiklərini bildirib. Dava zamanı Hüseyn Kara belindəki silahı oğluna doğrultaraq dəfələrlə atəş açıb. Hadisə yerinə gələn sağlamlıq qrupları Cavit Karanın boynuna və ürəyinə dəyən 3 güllə ilə həyatını itirdiyini müəyyən edib.

- Kayseridə ağac kəsərkən düşən mübahisə zamanı oğlu Abdulkadir Kösəni tapança ilə güllələyərək öldürən Nahit Köse oğlunun narkotik maddə istifadə etdiyini ifadə edərək, “Bir gün də həbs olunmağı haqq etmədim. Mən nəvələrimin yanına qayıtmaq istəyirəm. 70 yaşım var və indiyədək polis bölməsi görməmişəm. Onu öldürməsəydim, nəvələrimi, gəlinimi öldürəcəkdi”.

- ABŞ-da "Atalar Günü" tortundan dilimini yediyi üçün oğlunu öldürən ata 20 il həbs cəzasına məhkum edilib. İclasda prokurorlar Travis Stackhouse-un digər dörd uşağının təhlükəsizliyi ilə bağlı narahatlıqlarını ifadə ediblər.

30 yaşlı Stackhaus oğlunu mədəsinə və üzünə yumruqlayaraq şiddətlə döyüb. Hadisə yerinə gələn polisin ilkin araşdırmasında uşağın pilləkənlərdən yıxılaraq öldüyü bildirilib. Lakin hadisədən sonra həbs edilən Stackhaus istintaq zamanı cinayətini etiraf edib və oğlunu döyərək öldürdüyünü bildirib. Buna görə də Ameer hücum zamanı aldığı zərbələr səbəbindən evin pilləkənlərindən yuvarlanıb.

İyunun 29-da keçirilən prosesdə ata ehtiyatsızlıqdan adam öldürmə, uşağa zorakılıq və qəsdən zərər vurma ittihamı ilə 20 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əlavə, Stackhausun cəzasını çəkdikdən sonra 8 il nəzarət altında saxlanmasına qərar verilib.

- Bursada oğlu Şenol Rençberin başına lomla vurduqdan sonra bıçaqlayan, daha sonra kəndirlə boğaraq cəsədini yol kənarında qoyan Telat və Ayşe Rençber cütlüyünə ömürlük həbs cəzası verildi.

- Zonguldakda itkin düşən oğlu Aydın Zengini öldürüb sonra su quyusuna basdırdığı iddiası ilə nəzarətə alınan ata Sait Zengin ədliyyəyə sövq edilib.

Mübahisə zamanı oğlunun özü ilə gətirdiyi tapançanı ona tuşladığını deyən Sait Zengin ölən oğlunu qazdıqları su quyusunda basdırdığını bildirib. Sait Zengin ifadəsində oğlunun ikinci həyat yoldaşı U.Z-yə təcavüz etdiyini də iddia edib.

- İstanbulun Üsküdarda qəsəbəsində 2 uşağını öldürən və birini də yaralayan qatil ata ifadəsi ilə hər kəsi dəhşətə gətirib. arvadının onu aldatdığını düşünən Arslan G. qəzəblənərək iki övladını bıçaqla öldürüb, bir övladını da ağır yaralayıb. Hadisədən sonra Kadıköydə tutulan atanın ifadəsi qan dondurub. Tutulduqdan sonra Arslan G.-nin verdiyi ilk ifadə ortaya çıxıb. O, cinayəti etiraf edərkən dəhşətli əməlinin səbəbini heyrətləndirən bir iddiayla açıqlayıb. Arslan G. -nin ilk dindirilməsi zaman "İllərdir yoldaşımın məni aldatdığı şübhəsi ilə yaşayırdım. Bəzi qohumlarım və dostlarım da uşaqların mənə bənzəmədiyini söyləyirdi. Mən də uşaqların mənə bənzəmədiyini, məndən olmadığını düşünürəm. Həyat yoldaşımın məni illərdir aldatdığını düşündüm və uşaqları öldürmək istədim" dediyi məlum olub.

Azərbaycanda belə hallar

- Ağstafa rayon Qırlı kəndində 6 yaşlı Şəmsəddini taxta ilə döyərək öldürən şəxs - 1979-cu il təvəllüdlü Pərvanəyev Famil Şəmistan oğlu martın 31-də axşam saatlarında polis əməkdaşları tərəfindən saxlanılıb.

- 1984-cü il təvəllüdlü Zəminə Mehtiyevanın öldürülməsi faktı ilə bağlı Sumqayıt Şəhər Prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırmalarla zərərçəkmişin atası Salam Cəfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Zəminə Mehtiyevanı elektrik naqili ilə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə: “Aydın məsələdir ki, psixoloji durumu yerində olan adam övladını, üstəlik azyaşlı uşağını qətlə yetirməz. Sözsüz ki, həmin adamların psixoloji durumunda ciddi problem var. Buna görə dəfələrlə təklif olunub ki, ailə həyatı quran gənclər psixoloji müayinədən keçməlidir. Ölkəmizdə bunu tətbiq etməklə dəhşətli cinayətlərin qarşısını ala, statistikanı yarıbayarı azalda bilərik.

Son vaxtlar ailələrdə övladlara qarşı şiddət artıb. Bunun müxtəlif səbəbləri var. Bəzən qızlarımız onlara layiq olmayan, psixoloji durumu yerində olmayan adamlarla ailə həyatı qururlar. Sırf ərə getmək xatirinə kiminləsə ömür yolunu birləşdirməyə ehtiyac yoxdur.

Təcrübə göstərir ki, bu gün ailə həyatı quran gənclərin çoxsu buna hazır deyil. Söhbət yalnız psixoloji durumdan getmir. Bura həm də maddi vəziyyət daxildir. Məncə, ailə həyatı qurmağa hazırlaşan gənclər əvvəlcə ev, iş və karyerə barədə düşünməlidirlər.

İndi “Uşağın ruzisini Allah özündən əvvəl yetirir” deyimi populyar deyil. Reallıq bunun əksinədir. Uşağın ruzisini ata-ana birlikdə işləyib yetirməlidirlər. Əgər ata-ananın işi yoxdursa, ailə maddi problemlərin girdabında boğulursa, mütləq həmin evdə söz-söhbət olacaq. Nəticədə arzuolunmaz kriminal situasiya ilə üzləşəcəyik. Bu baxımdan gənc ailələrin maddi durumunun yaxşılaşdırılmasına diqqət etmək lazımdır.

Sumqayıtda azyaşlı qızını vəhşicəsinə qətlə yetirən ata da maddi problemləri önə sürdü. Bu bəhanə də ola bilər. İstənilən halda bu cür cinayətlər bağışlanmamalıdır. Mən övladlarını vəhşicəsinə qətlə yetirən valideynlərə qarşı ən sərt şəkildə tədbir görülməsinin tərəfdarıyam. Hesab edirəm ki, qanun üzünü onlara ən sərt şəkildə göstərəcək. Yoxsa, bu cür cinayətlərin qarşısını almaq mümkün olmayacaq”.

Sosial məsələlər üzrə ekspert Fatimə Hacıbəyli: “Cəmiyyətin günü-gündən mürəkkəbləşdiyi bir zamanda bu cür xoşagəlməz halların çoxalması təsadüfi deyil. Bu cür hadisələr artıq insanlar üçün adiləşib. Əvvəllər belə cinayətlər baş verəndə bunun bir il söhbəti gedirdi. Bu gün isə hadisə baş verir, sabah unudulur.

Valideyn övladını öldürür, övlad ailəsini məhv edir. İnsanlar sanki vəhşiləşib. Bu cür insanlara görə normal cəmiyyət məhv olur”.

Evliliklərdə bir çox müxtəlif psixodinamikalar (insanın çox vaxt fərqində olmadığı əsas psixoloji amillər)mühüç rol oynayır və evlilik münasibətlərinin gələcəyini müəyyən edir. Cütlüklər bir-birlərini yaxşı tanımadan evlilik kimi ciddi bir məsuliyyəti öz üzərlərinə götürdükləri üçün (evlilik əslində məsuliyyət götürmək məsələsidir) bəzən bu məsuliyyətin öhdəsindən gələ bilmirlər.

Tövsiyə

Unutmayaq ki, evlənməzdən əvvəl bəzi vacib meyarları nəzərə almaq lazımdır:

1. Evlilik və həyata baxış
2. Gələcəkdə etmək istədiyiniz işlərə dəstək olub-olmaması
3. Cinsi münasibət
4. Onun uşaq sahibi olmaq və böyütmək perspektivi
5. Öz ailəsi ilə münasibətləri
6. Öz valideynlərinin bir-biri ilə münasibətləri
7. Peşə və iqtisadi vəziyyət
8. Zərər çəkmiş xəstəliklər
9. Anasından (yaxud ailəsindən) asılı olub-olmaması
10. Onun psixoloji problemi olub-olmaması
11. Şəxsiyyət xüsusiyyətləri
və bir çox başqa faktorlar evliliyinizin sağlam olub olmadığını müəyyən edəcək. Ona görə də ailə qurmazdan əvvəl bu meyarlar yaxşı bilinməli və ailə qurmağı planlaşdırdığınız şəxslə müzakirə edilməlidir.

Bu meyarları diqqətlə qiymətləndirməli və zəruri hesab edirsinizsə, nikahdan əvvəl psixoloji dəstək almalısınız. Evlilik öncəsi məsləhətləşmələrdə yuxarıda qeyd etdiyim məsələlər və bir çox digər məsələlər müzakirə edilir və cütlüklərin nikaha hazır olub-olmaması, bir-birinə uyğunluğu, evliliyə baxışı, evlilikdən gözləntiləri kimi durumlar real təhlil edilərək onlara rəy verilir. Əgər evlənsələr, evliliklərində qarşılaşa biləcəkləri problemlər və bu problemlər üçün əvvəlcədən görməli olduqları tədbirlər haqqında məlumat verilir. Bəzi hallarda, şəxsiyyət strukturlarının bir-biri ilə uyğun olub olmadığını müəyyən etmək üçün inkişaf etmiş şəxsiyyət testləri tətbiq oluna bilər.

Evlənmədən əvvəl özündən bunları soruş

Niyə evlənmək istəyirəm? : Niyə evlənmək istədiyiniz çox vacib sualdır. Ailədən qaçmaq, problemlərdən qaçmaq, gecikmək qorxusu, uşaq sahibi olmaq istəmək, yoxsa doğrudan da kiminləsə evlənərək ailə qurmaq istəyirsən?

Mən niyə bu adamla evlənmək istəyirəm? : Niyə başqası ilə yox, bu adamla evlənmək istəyirsən? Bir-birinizi kifayət qədər yaxşı tanıyırsınız? Birlikdə ortaq öhdəliklər götürsəniz, münasibətlərinizə necə təsir edəcək? Bir-birinizi dəstəkləyərək, inkişaf etdirərək uzun illər bir evdə yaşaya biləcəksinizmi?

Mən necə həyat yoldaşı modeli istəyirəm? : Qoruyucu, müasir, ənənəvi, fədakar, müstəqil, fərqli düşünən, ananız kimi, atanız kimi və s.
Evlənməyi planlaşdırdığınız insan həyat yoldaşı modelinizə uyğundurmu? Yoxsa evləndikdən sonra onu dəyişə biləcəyinizi düşünürsünüz?

Əksər cütlüklər tanışlıq müddətində mənfi cəhətlərini təcrid edərək qarşı tərəfin heç fərqinə varmır və müsbət cəhətlərini həmişə şişirdilmiş şəkildə qarşı tərəfə təqdim edirlər. Ancaq bizimlə evlənmək istəyən birinin bizi hər cəhətdən tanıması və varlığımızı qəbul etməsi çox önəmlidir. Gizlətdiyimiz hər bir mənfi cəhətimiz evlilikdə ciddi müzakirə və uyğunsuzluq mövzusu olaraq ortaya çıxacaq. Odur ki, evlilikdən əvvəl, tanışlıq və ya nişan dövründə özünüzü olduğunuz kimi ortaya qoymalı və birlikdə olduğunuz insandan heç bir cəhətinizi gizlətməməlisiniz.

Həyata baxışımız paraleldirmi? : Həyata oxşar pəncərədən baxa bilsəniz, hər zaman bir-birinizi düzgün qəbul etmək mümkündür. Əgər siz hər zaman hadisələrin müsbət tərəflərini görürsünüzsə, amma partnyorunuz həmişə mənfi tərəfini görürsə, bu fərq həmişə münaqişə mənbəyi olacaq. Əgər həyatı, insanları, hadisələri və faktları oxşar əsaslarla dərk edə bilirsinizsə, bu, bir-birinizə uyğun olduğunuz deməkdir.

Cinsi uyğunluğumuz necədir? : Evliliklərin təxminən yarısı cinsi uyğunsuzluq və ya cinsi problemlər səbəbindən sona çatır. Buna görə də evlənməzdən əvvəl cinsi uyğunluğunuzu test etməlisiniz.

Ayşən Vəli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
50
sia.az

10Mənbələr