Sinif yoldaşına xəsarət yetirən şəxsin kimliyi məlum olub.
Bu barədə Day.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Dəliməmmədli şəhərində yerləşən tam orta məktəbin 11-ci sinif şagirdi A. Seyxova bıçaqla xəsarət yetirən şəxsin U.Tağıyev (sinif yoldaşı) olması müəyyən edilib.
Hazırda araşdırmalar davam etdirilir.