AZ

Bərdədə ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücünün istintaqı başa çatıb

Bərdədə ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Təhsin Cabbarovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilib.

Hakim Fuad Babaşovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı məlum deyil.

Qeyd edək ki, hadisə rayonun Yeni Daşkənd kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü Elməddin Məhərrəmovun idarə etdiyi "VAZ 2106" markalı minik avtomobili 1972-ci il təvəllüdlü Təhsin Cabbarovun idarə etdiyi "KamAZ" markalı yük maşını ilə toqquşub.bNəticədə minik avtomobilinin sürücüsü E.Məhərrəmov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Yük maşınının sürücüsü Təhsin Cabbarova qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Seçilən
34
27
Mənbələr
Şərh ()
Bağla