AZ

Qvardioladan tənqidçilərə SƏRT CAVAB: "Razı deyiləm, o, dünyanın..." - FOTO

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Erlinq Haalanda yönələn tənqidlərə cavab verib.

 

Sfera.az bildirir ki, baş məşqçi Haalandı ən yaxşı oyunçu hesab edib:

 

“Mən iddialarla razı deyiləm. O, dünyanın ən yaxşı hücumçusudur və keçən mövsüm qələbə qazanmağımıza kömək etdi”.

 

Qeyd edək ki, Haaland son vaxtlar matçlardakı təsirsizliyinə görə tənqid edilir. Norveçli hücumçu 2022-ci ilin yayında 60 milyon avroya "Borussiya Dortmund"dan "Mançester Siti"yə keçib. O vaxtdan bəri Haaland 88 matçda 81 qol vurub və 15 məhsuldar ötürmə edib.

 

Fatimə Lətif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
sfera.az

1Mənbələr