AZ

Jurnalistika ixtisaslarında təhsil alan tələbələr arasında müsabiqə keçiriləcək

Jurnalistika

Bakı, 3 aprel, AZƏRTAC

Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində və COP29-un təşkili ərəfəsində tədbirlərin işıqlandırılmasının təhlilinə dair Bakı Slavyan Universiteti (BSU) və digər ali təhsil müəssisələrinin jurnalistika ixtisaslarında (bakalavriat və magistratura səviyyələrində) təhsil alan tələbələri arasında müsabiqə təşkil olunacaq.

BSU-dan AZƏRTAC-a bildirilib ki, müsabiqə “Ən yaxşı jurnalist təhlili” – “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycanda keçirilən tədbirlərin media tərəfindən işıqlandırılmasının (qəzet, radio, televiziya, sosial media və s.) təhlili və “Ən yaxşı jurnalist materialı” - COP29-un təşkili ərəfəsində ölkədəki tədbirlərdən birinin tələbələr tərəfindən uğurlu şəkildə işıqlandırılması (məqalə, sujet, çarx və s.) istiqamətləri üzrə keçiriləcək.

Qaliblər müxtəlif media qurumları və peşəkar jurnalistlərdən ibarət münsiflər heyəti tərəfindən müəyyən ediləcək. Hər iki istiqamət üzrə qaliblərə pul mükafatları nəzərdə tutulub.

Müsabiqədə iştirak etmək istəyən tələbələr yazılarını birinci istiqamət üzrə mayın 17-dək, ikinci istiqamət üzrə noyabrın 29-na qədər [email protected]  ünvanına göndərə bilərlər.

 

Seçilən
75
4
Mənbələr
Şərh ()
Bağla