AZ

Feysbuk istifadəçilərinin şəxsi məlumatları bu platformaya satılıb?

İddiaya görə, “Meta” məxfilik qaydalarını pozaraq “Netfliks”-ə təxminən on il ərzində Feysbuk istifadəçilərinin şəxsi məlumatlarına giriş imkanı verib.

Publika.az xəbər verir ki, bu, Maksimilian Klein və Sarah Qrabert tərəfindən "Meta"ya qarşı açılan böyük antiinhisar iddiasında ortaya çıxıb.

"Meta" əleyhinə açılan məhkəmə sənədlərində “Netfliks”-ə Feysbuk istifadəçilərinin şəxsi mesajlarını oxumağa icazə verildiyi bildirilir.

Bundan əlavə, “Fox Business”-ə görə, Feysbuk "Netfliks"-dən milyonlarla dollar reklam gəliri əldə edib.

Bunun "Netfliks"-in həmtəsisçisi Reed Hastinqs ilə Feysbuk rəhbəri Mark Zukerberq arasındakı şəxsi münasibət nəticəsində ortaya çıxdığı iddia edilir.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla