AZ

Çində güclü külək əsib, dolu yağıb: Ölənlər var

Çinin şərqində yerləşən Szyansi əyalətində yeddi nəfər güclü külək və dolunun düşməsi nəticəsində ölüb, 93 minə yaxın insan isə zərər çəkib.

Məlumata görə, martın 31-dən doqquz şəhər və 54 rayon təbii fəlakət zonasındadır. Təcili yardım xidmətləri 800-dən çox insanı təhlükəsiz yerlərə təxliyə edib. Dolu 5,7 min hektar sahədə kənd təsərrüfatı bitkilərini məhv edib. Bundan başqa, 90-dan çox tikili tamamilə dağılıb və ya onlara ciddi ziyan dəyib.

İlkin hesablamalara görə, təbii fəlakət 150 ​​milyon yuan (təxminən 21,1 milyon ABŞ dolları) məbləğində iqtisadi ziyan vurub.

Mənbə: TASS

Seçilən
64
50
oxu.az

10Mənbələr