AZ

Mühafizə işinin təşkilində PRİORİTET ADDIMLAR: Azərbaycanda tədbir, konsert salonları, ticarət mərkəzləri necə qorunur?

“Hər bir müəssisədə təhlükəsiz əmək şəraitinin yaradılması, onun etibarlı şəkildə qorunması onun önündə duran prioritet məsələlərdən biri olmalıdır”.

Bu fikirləri mühafizə işinin təşkili və mühafizəçilərin peşəkarlıq səviyyəsinin artırılması məsələləri haqda danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, hər bir müəssisəyə xidmət göstərilməsində müştəri məmnuniyyəti qədər onun təhlükəsizliyi də maraqlı olmalıdır:

“Mühafizəçilik şərəfli bir peşədir. Tədbirlərin, konsert salonlarının, ticarət mərkəzlərinin, iş yerlərinin mühafizəsində peşəkar mühafizə xidmətinin olması hər bir müəssisəyə çox vacib olan amildir. Hər müəssisəyə xidmət göstərilməsində müştəri məmnuniyyəti qədər onun təhlükəsizliyi də maraqlı olmalıdır. Hər bir müəssisədə təhlükəsiz əmək şəraitinin yaradılması, onun etibarlı şəkildə qorunması onun önündə duran prioritet məsələlərdən biri olmalıdır. Bunun təşkili mühafizəçilər tərəfindən həyata keçirilirsə, mütləq şəkildə mühafizəçilərin bilik və bacarıqları yüksək olmalı, onlar mütamadi olaraq kurslardan və təlimlərdən keçməlidir ki, hər hansı təhlükəyə qarşı adekvat tədbir görə bilsinlər”.

Mütəxəssis qeyd edib ki, hər bir müəssisənin mühafizə xidmətində baş verən təbiət hadisələri zamanı görülə biləcək tədbirlər haqda mütamadi təlimlər keçirilməlidir:

“Qloballaşan dünyada əvvəlki illərlə müqayisədə indiki təhlükəli vəziyyətlər arasında kifayət qədər fərq var. Hər il gözlənilməz risklərin olma ehtimalı artmaqdadır. Xidmət sahələrinin hər biri belə hadisələrə hər an hazır olmalıdırlar. Hər bir müəssisənin mühafizə xidmətində baş verən təbiət hadisələri zamanı görülə biləcək tədbirlər haqda mütamadi təlimlər keçirilməlidir. Mühafizəçinin əməkhaqqısı, ona yaradılan şəraitən tutmuş qurulan infrastruktura qədər olan hər bir şey bir-birinə sıx bağlıdır”.

Ekspert əlavə edib ki, müəssiələr mühafizəçilərdə bu istiqamətdə müəyyən maraq yaratmalıdır:

“Çox təəssüf ki, illərlə çalışan mühafiəçi öz peşəkarlıq səviyyəsini, bilik və bacarıqlarını artırdığı halda aldığı məvacib kifayət qədər olmadıqda, bu sahədə prespektiv görmədiyi üçün işinə həvəssiz yanaşaraq işini tərk etməli olur. Lakin müəssiələr də mühafizəçilərdə bu istiqamətdə müəyyən maraq yaratmalıdır”.

İsmayıl Bakuvi

Seçilən
81
50
Mənbələr
Şərh ()
Bağla