AZ

Bakı, Sumqayıt və Xırdalanda avtobusların elektron ödəniş üçün alətlərlə təchizi tələbi müəyyənləşib

“Müntəzəm sərnişin daşımalarının həyata keçirilməsi nəzərdə tutulan avtonəqliyyat vasitələrinin gediş haqqının elektron qaydada ödənilməsi üçün ödəniş alətləri ilə təchiz olunması halları” təsdiqlənib.

APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar qəbul edib.

Müntəzəm sərnişin daşımalarının həyata keçirilməsi nəzərdə tutulan avtonəqliyyat vasitələrinin gediş haqqının elektron qaydada ödənilməsi üçün ödəniş alətləri ilə təchiz olunması halları aşağıdakılardır:

1. Bakı, Sumqayıt və Xırdalan şəhərlərinin inzibati-ərazi vahidləri daxilində şəhərdaxili (rayondaxili) müntəzəm sərnişin daşımalarının həyata keçirildiyi halda;

2. Bakı, Sumqayıt və Xırdalan şəhərlərinin inzibati-ərazi vahidləri arasında şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşımalarının həyata keçirildiyi halda;

Qeyd. Digər inzibati ərazi vahidləri üzrə müntəzəm sərnişin daşımalarının həyata keçirilməsi nəzərdə tutulan avtonəqliyyat vasitələrinin gediş haqqının elektron qaydada ödənilməsi üçün ödəniş alətləri ilə təchiz olunması “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə uyğun təşkil edilir.

Seçilən
75
32
apa.az

10Mənbələr