AZ

Borca görə cərimə meydançasındaolan maşına cərimə gəldi- FOTO

Vətəndaş Səbuhi Bağırov Avtosfer.az-a müraciət edərək qarşılaşdığı problemlə bağlı məlumat verib. Bildirib ki, ona məxsus 99-FS-385 dövlət nömrə nişanlı, “ZAZ Vida” markalı avtomobil banklardan birinə olan borcuna görə girov olaraq saxlanılır və cərimə meydanşasına yerləşdirilib. Uzun müddətdir ki, borcu ödəyə bilməyi üçün avtomobil girovda saxlanılır.

Vətəndaş deyir ki, martın 22-də ona texniki baxışdan keçmədiyi üçün cərimə gəlib. Səbuhi Baöırov bildirir ki, əvvəllər də bu cür hallar baş verib. Belə ki, DYP avtomobillərinin üzərində olan İpatrul vasitəsilə ona elektron cərimə tərtib olunub. Rəsmi şəkildə müraciət etdikdən sonra cərimə ləğv olunub. Lakin bu dəfə müraciət olunsa da cərimə silinməyib.

Vətəndaş Dövlət Yol Polisi İdarəsindən qarşılaşdığı problemin həllində köməklik istəyir.

Fərid

FOTO QALEREYA
Seçilən
95
Mənbələr
Şərh ()
Bağla