AZ

Milli Konservatoriyanın nizamnamə fondu və idarəetmə qaydası müəyyənləşib

Publik hüquqi şəxsə çevriləcək Azərbaycan Milli Konservatoriyasının nizamnamə fondu və idarəetmə qaydası müəyyənləşib.

APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Milli Konservatoriyasının yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında qərar” qərarında əksini tapıb.

Azərbaycan Milli Konservatoriyasının nizamnamə fondu 27 milyon 24 min 23 manatdır.

Nizamnaməyə əsasən Azərbaycan Milli Konservatoriyasının strateji inkişaf məsələləri üzrə idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən Himayəçilər Şurasıdır. Himayəçilər Şurasının tərkibini azı 3 nəfər olmaqla Nazirlik təsdiq edir.

Himayəçilər Şurasının yaradılması, səlahiyyətləri və fəaliyyətinin təşkili qaydası Nazirliyin təsdiq etdiyi əsasnamə və bu Nizamnamə ilə müəyyən olunur.

Azərbaycan Milli Konservatoriyasında tədris-metodiki işlərin həyata keçirilməsi üçün

Himayəçilər Şurası tərəfindən Elmi-metodiki Şura yaradılır. Elmimetodiki Şuranın yaradılması qaydası və səlahiyyətləri Himayəçilər Şurasının təsdiq etdiyi əsasnamə ilə müəyyən olunur. Azərbaycan Milli Konservatoriyasının cari fəaliyyətinə Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi rektor rəhbərlik edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
apa.az

1Mənbələr