AZ

Rusiyanın iki raketdaşıyıcısı Norveç dənizi üzərindən keçib

...Rusiya Aerokosmik Qüvvələrinə məxsus iki Tu-95MS strateji bombardmançı-raket daşıyıcısı Barents və Norveç dənizləri üzərində planlı uçuş həyata keçirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

...Rusiya Aerokosmik Qüvvələrinin uzun mənzilli aviasiyasına məxsus iki strateji raket daşıyıcısı Tu-95MS Barents və Norveç dənizlərinin neytral suları üzərində hava məkanında planlı uçuş həyata keçirib. Uçuşun müddəti 5 saatdan çox olub. Qırıcıların müşayiəti Aerokosmik Qüvvələrin Su-35S təyyarələrinin ekipajları tərəfindən təmin edilib.

Bu Rusiya Müdafiə Nazirliyindən bildirilib və əlavə edilib ki, uçuşun müəyyən hissələrində Rusiya aviasiya qrupunu xarici ölkələrin qırıcı-tutucuları müşayiət edib.

Bundan əvvəl Amerikanın “The National Interest” nəşri Rusiyanın Tu-95 strateji bombardmançısının uçuş məsafəsinə görə ABŞ ərazisini təhdid etməyə qadir olduğunu yazıb.

Qeyd olunur ki, bombardmançı təyyarənin uçuş məsafəsi turboreaktiv mühərriklərin əvəzinə turbovintli mühərriklərin istifadəsi ilə təmin edilir.

...Və bundan əvvəl “The Times” qəzeti Rusiyanın ağıllı bombalarının Ukrayna Silahlı Qüvvələri üçün yeni ölümcül təhlükə olduğunu yazmışdı.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
sia.az

1Mənbələr