AZ

Peru prezidenti 500 min dollar dəyərində zinət əşyalarına sahib olmaqda ittiham edilib

Peru Prokurorluğu ölkə Prezidenti Dina Boluartenin qanunsuz varlanması işi çərçivəsində onu 500 min dollar dəyərində qızıl-zinət əşyaları saxlamaqda ittiham edib.

Bunu Peru Konqresinin komissiyası qarşısında çıxışı zamanı baş prokuror Xuan Karlos Villena bildirib.

“Bu ittihama, həmçinin açıq mənbələrə görə, dəyəri 56 min dollar olan “Cartier” qolbağına sahib olmaq da daxildir... Prezidentin son iki il ərzində mərasimlərdə taxdığı zinət əşyalarının qiyməti 500 min dolları ötür”, - deyə baş prokuror bildirib.

Prokurorluq xanım Boluartenin gəlir hesabatını yoxlayır, ona görə prezidentin iki il ərzində 432 min sole (təxminən 116 min dollar) zənginləşdiyi bildirilir. Departament, həmçinin prezidentin bank hesablarından tapılan bir milyon solenin (təxminən 270 min dollar) mənşəyini öyrənməyi planlaşdırır.

Mənbə: kommersant.ru

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
50
oxu.az

10Mənbələr