AZ

Akademik Filarmoniyanın aprel repertuarı açıqlandı

Azərbaycan Dövlət Akademik Filarmoniyasının aprel repertuarı açıqlanıb.Metbuat.az xəbər verir ki, filarmoniya tamaşaçılar üçün zəngin proqram hazırlayıb.3 aprel- T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdlərinin konserti. (Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri)4 aprel - F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xor qrupu. (Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri)8 aprel - Bəstəkar Bəhram Nəsibovun yaradıcılığına həsr olunmuş konsert. (F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental heyəti)9 aprel - Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti (açıq qapı)12 aprel - “Musiqi körpüsü” ABŞ-Azərbaycan. (Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri)13 aprel - “Üzüklərin hökmdarı” şam işığında adlı konsert. (RED Events)20 aprel - Xalq artisti, bəstəkar Fərəc Qarayevin 80 illiyinə həsr olunmuş konsert. (Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri)23 aprel - Xalq artisti, bəstəkar Ramiz Mirişlinin 90 illiyinə həsr olunmuş konsert. (F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının İnstrumental heyəti)24 aprel - Böyük İslam alimi Mövlanənin vəfatının 750 illiyinə həsr olunmuş “Mövlanə” ili çərçivəsində Konya Böyükşəhər Bələdiyyəsi və Yunus Əmrə İnstitutunun təşkilatçılığı tədbir26 aprel - “Yeni adlar” layihəsi çərçivəsində konsert. (Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri)27 aprel - Bakı Kamera Orkestrinin konserti

28 aprel - Fidan Hacıyevanın I Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənc opera ulduzları”nın konserti (“MEZZO” kamera orkestri).

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
metbuat.az

1Mənbələr