AZ

Bir-birilərinin mahnılarını oxuyacaqlar - Tərzlər qovuşur

“Araz FM”in ad günü münasibətilə maraqlı layihə baş tutacaq. 

OLAY yazır ki, 13 yaşını qeyd etməyə hazırlaşan radio quruluşuna görə məşhur müğənnilər bir araya gələcək. 

“Yeni avaz” adlanan layihə çərçivəsində pop, estrada və muğam ustalarını fərqli janrlarda eşidəcəksiniz.

Həmin simaların adlarını və ifa edəcəkləri mahnıları təqdim edirik:

Fərqanə Qasımova -“Gecikməyin sevməyə” (Zülfiyyə Xanbabayeva)

Arzu Əliyeva - “Çək” (Hiss)

Teyyub Aslanov - “Danma” (Abbas Bağırov)

Eldar Qasımov - “Ay qız keçmə bizim məhlədən” (Ədalət Şükürov)

Gülüstan Əliyeva - “Sənə ehtiyacım var” (Röya Ayxan və Xəyyam Nisanov)

Manana Çaparidze -“Tez gəl”  (Şövkət Ələkbərova)

Tofiq Hacıyev - “Əsrin gözəli” (Əlikram Bayramov)

Murad Arif - “Hisslərim dumanda” (Sevda Ələkbərzadə)

Rəşad İlyasov – “Sevgilim süz” (Aygün Kazımova)

Dilarə Kazımova - “Züleyxa” (Brilliant Dadaşova)

Aşıq Samirə Əliyeva - “Qısqanma” (Natavan Həbibi) 

Faiq Ağayev –   “Sən necə də gözəlsən” (Zamiq Hüseynov)

Ceyhun Zeynalov  - “Yağış” (Eyyub Yaqubov) 

Mirələm Mirələmov  - “İndi Bildim” (Xəyyam Nisanov) 

Rəvanə Qurbanova -“Yalan sözlər” (Röya Ayxan)

Ayaz Babayev - “Tələbə” (Elmira Rəhimova)

Bəyimxanım  Vəliyeva - “Tərs gedir” (Səmra Rəhimli)

Aytən Məhərrəmova - “Gəl, get oyunu” (Tomris)

Ülvi Cəfərov – “Aya baxıram” (Aşıqlar qrupu) 

Seçilən
90
3
Mənbələr
Şərh ()
Bağla