Ötən il (İran ili) İran Azərbaycan ərazisindən tranzit olaraq 2 milyon 307 min ton yük göndərib ki, bu da əvvəlki illə müqayisədə 57 faiz artım deməkdir.
"Unikal" xəbər verir ki, bu barədə İranın Baş Gömrük İdarəsi məlumat yayıb.
Bəhs olunan dövr ərzində Astara gömrük-keçid məntəqəsindən 549 min ton, Biləsuvar gömrük-keçid məntəqəsindən 674 min ton, Culfa gömrük-keçid məntəqəsindən isə 542 min ton tranzit yük daşınıb.
Bundan başqa, qeyd olunan dövrdə İrandan Türkiyəyə Bazarqan gömrük-keçid məntəqəsindən 1 milyon 188 min ton, Sərxs məntəqəsindən isə 723 min ton tranzit yük nəql edilib. Tranzit daşımaların artması İranın qonşu dövlətlər ilə ticarət dövriyyəsinin də artdığını göstərir.
Ötən il İrandan tranzit yükdaşımaları 88 faiz artıb.