AZ

Blinken: ABŞ Azərbaycan ilə əməkdaşlığı genişləndirmək niyyətindədir

Aprelin 3-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edən zaman Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlıq məsələlərinə toxunulub.

APA xəbər verir ki, Antoni Blinken bu ilin fevralında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyev ilə apardığı müzakirələri qeyd edərək, ölkəsinin müxtəlif sahələrdə Azərbaycan ilə əməkdaşlığı genişləndirmək niyyətində olduğunu vurğulayıb.

O, həmçinin COP29 çərçivəsində iki ölkənin nümayəndə heyətlərinin təmaslarını qeyd edib.

Seçilən
78
11
apa.az

10Mənbələr