AZ

Kevin Medina polisə şikayət etməyib: “Maşına dəyən xərci...” - FOTO

"Qarabağ"ın futbolçusu Kevin Medina avtomobilinə hücum olması ilə bağlı polisə şikayət etməyib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu barədə məlumatı 31 yaşlı kolumbiyalı müdafiəçinin özü verib.

O bildirib ki, Azərbaycan kubokunun "Neftçi" ilə yarımfinaldakı ilk oyunundan sonra üzləşdiyi xoşagəlməz hadisəyə üzülüb: "Mən sosial şəbəkə hesabımda bununla bağlı fikrimi bildirmişəm. Oyundan çıxandan sonra arxadan güclü bir səs eşitdim. Həqiqətən də qorxulu nəsə olduğunu bildim. Gördüm ki, yekə daş ilə maşınımın arxa şüşəsini sındırıblar. Bütün bunlar xoşagəlməz bir haldır. Rəqabət varsa, bu, meydanda olmalıdır. Belə çirkin əməllərə əl atmaq düzgün deyil".

Medina bildirib ki, avtomobili qısa müddətə təmir olunacaq: "Maşına dəyən xərci özüm ödəyəcəm. Artıq bu gün, ya da sabah yeni şüşənin alınması ilə bağlı servisə müraciət edəcəm. "Neftçi" ilə növbəti oyuna kimi maşın hazır olacaq. Arxa şüşəni sındırmağı bacardılar, görək qabaq şüşəni də sındıracaqlar? Nə qədər ziyanın dəydiyini isə sizə deyə bilmərəm. Bütün bu stressi yaşamaq mənə heç yaxşı təsir etmədi. Polisə isə müraciət etməmişəm".

Qeyd edək ki, "Qarabağ" "Neftçi" ilə səfər matçında 4:0 hesablı qələbə qazanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Seçilən
220
11
milli.az

10Mənbələr